Brayantın öldüyü helikopter qəzasında müəmma - Erməni pilot sağdır?


Dünyada ən məşhur basketbolçulardan biri Kobe Brayant və qızının öldüyü helikopter qəzası barədə yeni məlumatlar ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Brayanta məxsus helikopteri erməni pilot Ara Zobayan saat 09:08-də Con Veyn havalimanından uçurmağa başlayır. Bir neçə dəqiqə sonra sıx duman səbəbilə helikopter istiqamətini itirir. Pilot hava limanı ilə əlaqə saxlayaraq problem barədə xəbər verir və alçaqdan uçuş icazəsi istəyir. Daha sonra hava limanından ona bildirilir ki, olduqca alçaqdan uçur və bu gedişlə helikopter radarlardan itəcək. Bundan bir neçə dəqiqə sonra Brayantın olduğu helikopter içərisində 9 nəfərlə birlikdə qəzaya uğrayır.

Qeyd edək helikopterin düşdüyü yer məşhur erməni Kim Kardaşyanın bacısı Kortni Kardaşyanın evinin yaxınlığıdır. Son məlumatlara görə, hələlik sadəcə 3 nəfərin cəsədi müəyyənləşdirilib, qalan 6 cəsəd barədə isə heç bir məlumat yoxdur. Qəzanı araşdıran mütəxəssislər deyir ki, helikopterin nasaz olması, hava şəraiti və sair səbəblər barədə danışılsa da hələ heç nə dəqiqləşməyib:
"Bəlkə də sadalananlar qəzanın sadəcə kiçik bir hissəsidir. Zobayanın sağ qurtulub-qurtulmadığı barədə iddialar ortaya atılıb. Bu barədə dəqiq heç bir söz demək mümkün deyil. Çünki, qəza yeri olduqca qarışıqdır, araşdırmalar davam etməlidir".
Brayantın nə üçün helikopterdən istifadə etməsi məsələsinə də aydınlıq gətirilib. Bildirilir ki, qızını məktəbə apardığı yolda güclü tıxaclar olur. Belə ki, bəzi hallarda həmin məsafəni avtomobillə 2 saata gedirdi. Ancaq helikopterlə məktəbə getməyə sadəcə 15 dəqiqə vaxt lazım olurdu. Bu səbəbdən Brayantuzun müddət idi ki, helikopterdən istifadə edirdi. Mütəxəssislər həmçinin bildirib ki, bu cür helikopterlər 1 saata 4 min dollara kirayəyə verilir. Pilot isə bu cür işlərdə ayda ən az 8 min dollar maaşla çalışır.
Qeyd edək ki, məşhur NBA ulduzu Kobe Brayantın 600 milyon dollar sərvəti var.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top