Acun Ilıcalı zəlzələdə zərərçəkənlər üçün yığılan məbləğin miqdarını AÇIQLADI


Acun Ilıcalı Elazığda baş verən zəlzələdən zərər çəkən vətəndaşlar üçün başladılan yardım kampaniyasında 73 milyon TL (20 milyon 878 min manat) yığıldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, Acun Ilıcalı bu barədə "Instagram" hesabından paylaşım edərək bildirib. 
"Bu qürur millətimizin... Ötən gecə 51 milyon TL olan yardım vəsaitimiz bütün bank transferlərinin AFAD hesablarına keçməsi ilə 73 milyona çatdı. Yayım boyunca millətimizin vermiş olduğu dəstəkdən sonra bu yardımı toplamağın böyük xoşbəxtliyini yaşayıram. Kampaniyamıza qatılan hər kəsdən Allah razı olsun!" - deyə A.Ilıcalı qeyd edib.
Qeyd edək ki, Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə güclü zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 39 nəfər ölüb, 1466 nəfər yaralanıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top