Trampdan koronavirusla bağlı Çinə təklif


ABŞ prezidenti Donal Tramp Çinin Vuhan şəhərindən yayılmağa başlayan koronavirusun qarşısının alınmasında Pekinə yardım etməyə hazır olduqlarını bildirib.
Yeniavaz.com xəbər verir ki, D.Tramp bu barədə “Twitter” hesabında bildirib.
“ABŞ-da sözügedən virusa çox az sayda adam yoluxub, məsələni şəxsən özüm yaxından izləyirəm. Çin ilə də koronavirusla bağlı tez-tez əlaqə saxlayırıq.
Çin və ölkəbaşçısı Şi-yə hər cür yardım etməyə hazır olduğumuzu təklif etmişəm. Bu mövzuda çox yaxşı mütəxəssislərimiz var” – deyə, D.Tramp qeyd edib.  
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top