Koronavirusun yayıldığı bazardan dəhşətli görüntülər - FOTOLAR + VİDEO


Çinin Vuhan şəhərindən yayılmağa başlayan təhlükəli koronavirusun keçdiyi ehtimal edilən heyvan bazarından dəhşətli görüntülər paylaşılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çinin tibb işçiləri koronavirusun ilan və yarasadan yayıldığını ehtimal edirlər. Bu cür canlıların satıldığı yerlərdən biri də Çinin məşhur Huanan bazarıdır. Həmin bazardan paylaşılan görüntülərdə it, yarasa, qarışqayeyən, tülkü, siçan, koala, ilan, pişik və digər heyvanlar və natəmizlik müşahidə edilir. Verilən məlumatlara görə, son vaxtlarda bəhs edilən bazarda qanunsuz satışlar da çoxalmışdı. Bu bazarın əsas xüsusiyyətlərindən biri də bir çox heyvanın canlı saxlanmasıdır. Müştərilər bura gəlib istədiyi heyvanı kəsdirir və evlərinə aparırlar. Heç bir gigiyenik qaydalara əməl edilməyən bazardan görüntüləri təqdim edirik.









Ruslan Yusibov
 
 

DİGƏR XƏBƏRLƏR

Top