Çində koronavirus səbəbilə məktəblərdə tətil vaxtı uzadıldı


Çinin Vuhan şəhərindən yayılmağa başlayan koronavirus təhlükə saçmağa davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Çində koronavirus səbəbilə ölənlərin sayı 106-ya çatıb. Virusa yoluxduğu ehtimal edilən şəxslərin sayı isə 6 min 973 nəfər olub. Son məlumatlara görə, 44 min 132 nəfər koronavirusa görə, müşahidəyə götürülüb. Ölkədə virus səbəbilə təhlükəsizlik tədbirlərinin artırıldığı da bildirilib. Çinin Təhsil Nazirliyi xəstəlik səbəbilə məktəblərdə tətil vaxtının uzadıldığını açıqlayıb.
Ruslan Yusibov
 

DİGƏR XƏBƏRLƏR

Top