Pekində koronavirusdan ilk ölüm hadisəsi baş verib


Bu gün Pekində yeni koronavirusun törətdiyi pnevmaniyadan ilk ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, paytaxtda virusa yoluxanların sayı 8 nəfər artaraq 80-ə çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. Yeni tipli pnevmaniya nəticəsində dünyasını dəyişən 50 yaşlı xəstə ayın 15-də virusun yayılmağa başladığı Uhan şəhərindən qayıdıb.//Report

DİGƏR XƏBƏRLƏR

Top