Azərbaycanda ağır yol qəzası: Üç nəfər öldü, ikisi qardaşdır


Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub.

Qəza zamanı 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanov həlak olublar. 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq "Kraz yolu" adlanan ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır. /Report

DİGƏR XƏBƏRLƏR

Top