Rusiyanın "Novye Vedomosti" qəzeti Ermənistanın Baş naziri Nikol Paşinyanda kəskin nevroz əlamətlərinin olduğunu yazıb.
Yeniavaz.com xəbər verir ki, qəzetin yazdığına görə bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin baş psixoterapevti Tsolak Hakobyan verib.
Ermənistanın baş psixoterapevti bildirib ki, Baş nazir kəskin nevroz diaqnozu ilə əlaqədar təcili tibbi yardım almalıdır.
Məlumat üçün qeyd edək ki, nevroz - sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.