Brayantın öldüyü helikopterin pilotu ermənidir, qəza isə Kardaşyanın... – FOTO + SƏS YAZISI


Məşhur basketbolçu Kobe Brayantın helikopterinin qəzaya uğrama səbəbi məlum olub.
Yeniavaz.com "Dailymail"a istinadla xəbər verir ki, Kobe Brayant və daha 8 nəfərin öldüyü qəzanın səbəbi dumanlı hava şəraiti olub. Yeni ortaya çıxan səs yazısında pilot Ara Zobayana çox aşağıdan uçduğuna dair xəbərdarlıqlar edildiyi bəlli olub.

(Fotoda Ara Zobayan)

Ancaq, erməni pilot xəbərlardıqlara baxmayaraq alçaqdan uçmağa davam edib. Xəbərdarlıqdan 5 dəqiqə sonra radarlardan itən helikopter dağlıq əraziyə çırpılıb. Qəzanın baş verdiyi ərazi isə məşhur erməni Kim Kardaşyanın bacısı Kortni Kardaşyanın evinin 500 metrliyindədir.
Qeyd edək ki, helikopter qəzası nəticəsində məşhur basketbolçu Kobe Brayant, qızı  Cianna Brayant və daha 7 nəfər dünyasını dəyişib.
 

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top