Çindən qayıdan iş adamı koronavirusa görə xəstəxanaya belə aparıldı - ANBAAN VİDEO

 
10 gün əvvəl Çindən Türkiyəyə gələn iş adamı xüsusi geyim və metodla xəstəxanaya aparılıb. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, 10 gün əvvəl Çindən Türkiyəyə qayıdan iş adamı öskürək və qızdırma şikayəti ilə həkimə müraciət edib. Tibb işçiləri həmin şəxsin koronavirusa yoluxması təhlükəsini nəzərə alaraq xüsusi metodla xəstəxanaya gətirib. Araşdırma nəticəsində iş adamının koronavirusa yoluxmadığı bildirilib. Digər tərəfdən Çindən Türkiyənin Kapadokya şəhərinə istirahətə gələn Çin vətəndaşı da qızdırma və öskürək şikayəti ilə xəstəxanaya müraciət edib ancaq onda da xəstəlik aşkarlanmayıb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top