Əfqanıstan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Qəzni şəhərinin Taliban terror təşkilatının nəzarət etdiyi hissəsində baş verən qəza zamanı təyyarənin göyərtəsində 83 nəfər olub.
Heratdan paytaxt Kabilə gedən təyyarənin göyərtəsindəkilərin taleyi hələ ki, bəlli deyil. Qəza dağlıq zonada meydana gəlib.