Koronavirusun qorxuducu xüsusiyyəti - Mutasiyaya uğrayır


Çindən yayılmağa başlayan koronavirus yoluxduğu insanlara fərqli təsir edə biləcəyi açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, koronavirusun bir canlı növündən başqa bir canlı növünə keçərkən mutasiyaya uğradığı bildirilib. Həkimlər bu səbəbdən koronavirusa yoluxan insanlarda fərqli reaksiyaların ortaya çıxa biləcəyini və ən təhlükəli tərəfinin də məhz mutasiyaya uğrama xüsusiyyəti olduğunu deyiblər. Çünki, mutasiya olmuş koronavirusun xüsusiyyətləri və forması dəyişir. Bu səbəbdən yoluxduğu şəxsə necə təsir edə biləcəyini təxmin etmək olduqca çətindir.
Qeyd edək ki, bugünə qədər Çində koronavirus səbəbilə ölənlərin sayı 80 nəfərə çatıb. 30 min 453 nəfərin virusa yoluxma ehtimalının olduğu, 5 min 794 nəfərin isə virusdan təsirləndiyi açıqlanıb.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top