İrana gedən azərbaycanlıların sayı AÇIQLANDI - Sürətlə artır


Yola saldığımız 2019-cu ildə Azərbaycandan İrana 2 milyon 43,3 min səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, hər gün Azərbaycandan İrana orta hesabla 5 min 598 nəfər gedib.
İrana gedən Azərbaycanlıların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24% və ya 394 min nəfər artıb. Belə ki, ötən il İrana 1 milyon 649 min nəfər Azərbaycan vətəndaşı yollanıb.
Ötən il xaricə səfər edən hər 3 Azərbaycan vətəndaşından biri İrana gedib. 2019-cu ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı rekord səviyyəyə yüksəlib. Son bir il ərzində 5 milyon 567,7 min azərbaycanlı xaricə səfər edib.
İrandan sonra Azərbaycan vətəndaşları ən çox Gürcüstana, Rusiyaya və Türkiyəyə gediblər. Ümumiyyətlə xaricə gedən azərbaycanlıların 94,6%-i qonşu ölkələrə - İrana, Gürcüstana, Rusiyaya və Türkiyəyə yollanıblar.  
Azərbaycana gələn turistlərin sayı isə 3 milyon 170,4 min nəfər olub. Gələnlərin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i  İran vətəndaşları olub.

DİGƏR XƏBƏRLƏR

Top