Türkiyədə zəlzələ səbəbilə ölənlərin sayı artıb


Türkiyənin Elazığ bölgəsində baş verən güclü zəlzələ səbəbilə dağıntı altında qalanların axtarışları davam edir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Elazığ bölgəsində zəlzələ səbəbilə ölənlərin sayı 39-a çatıb. Verilən məlumatlara görə, dağıntılar altında daha iki nəfərin olduğu ehtimal edilir. Bu səbəbdən axtarış tədbirləri hələlik dayandırılmayıb.
Qeyd edək ki, Türkiyənin Elazığ bölgəsində 6,8 bal gücündə zəlzələ baş vermişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top