Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var - VİDEO + FOTOLAR

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.  

Hadisə zamanı iki nəfər ölüb, 15-ə yaxın yaralı var.  

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. 

Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

 






apa.az

DİGƏR XƏBƏRLƏR

Top