Fevralın 1-dən “WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək


“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi,  dayandırılması haqqında məlumat veriblər. 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, messencerin problemsiz istifadəsi üçün “Android 4.0.3” və ya “iOS 9” versiyaları lazım olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda işləyəcək.

DİGƏR XƏBƏRLƏR

Top