Tələbələrimiz zəlzələ zonasından Naxçıvana yola salındı

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr zəlzələ zonasından təxliyə edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Twitter” səhifəsində məlumat paylaşılıb.

Qeyd edilir ki, hazırda Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin təbii fəlakət bölgəsindən çıxarılması üçün zəruri tədbirlər həyata keçirilir.

Azərbaycanlı tələbələrin təbii fəlakət bölgəsindən çıxarılması üçün iki avtobus ayrılıb. Birinci avtobus yerli vaxtla saat 17:00-da Elazığ şəhərindən Azərbaycana yola düşüb. Təbii fəlakət bölgəsindən çıxarılan tələbələr Naxçıvana aparılacaq, oradan isə təyyarə ilə Bakıya yola salınacaq.

DİGƏR XƏBƏRLƏR

Top