Ukrayna təyyarəsini səhvən vuran şəxs həbs edildi-RƏSMİ


İranın Xarici İşlər Naziri Cavad Zərif sərnişin təyyarəsini vuran şəxs barədə yeni açıqlama verib.
Yeniavaz.com TASS xəbər agentliyinə istinadla xəbər verir ki, İranın Xarici İşlər Naziri Cavad Zərif Ukraynaya aid sərnişin təyyarəsini səhvən vuran şəxsin həbs edildiyini bildirib. Xatırladaq ki, yanvar ayının 8-də İrandan Ukraynaya uçan sərnişin təyyarəsi iranlı hərbçilər tərəfindən səhvən raketlə vurulmuşdu. Hadisə nəticəsində 176 nəfər dünyasını dəyişmişdi.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top