Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi


Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.

Yeniavaz.com-un "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.

Xətai RPİ-də araşdırma aparılır.

Məlumata görə, Ş. Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top