Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı SON DURUM – FOTO + VİDEO


Dünən gecə Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda baş verən zəlzələ nəticəsində 20 nəfər dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantep, Şanlıurfa, Malatya, Tunceli, Samsun, Tokat, Çorum, Sivas, Niğde, Kayseri, Kırşehir, Trabzon, Ordu və Giresun vilayətlərində də hissedilən zəlzələ zamanı 1015 nəfərin isə yaralandığı bildirilir.
Türkiyənin Təbii Fəlakət və Fövqəladə Vəziyyəti İdarə Heyətindən verilən məlumatlara görə zəlzələ nəticəsində Elazığ vilayətində 5, Malatyada isə 25 bina uçub. Bildirilib ki, hazırda da dağıntıların arasında axtarış və xilasetmə işləri davam etdirilir.
Ölü və yaralı sayının artacağı istisna edilmir.


DİGƏR XƏBƏRLƏR

Top