Azərbaycanda 35 yaşlı qadın kolbasadan zəhərlənərək ölüb? - TƏFƏRRÜAT - YENİLƏNİB


Naftalanda 35 yaşlı qadın dünyasını dəyişib.

Yeniavaz.com xəbər verir ki, hadisə ötən gecə Naftalan şəhərində baş verib. Şəhər sakini 1985-ci il təvəllüdlü Xəyalə İsmayılova mədə sancısı, ishal, qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. 35 yaşlı qadına tibbi yardım göstərilib, vəziyyəti normallaşdıqdan sonra yaxınlarının istəyi ilə evə buraxılıb.
Gecə saatlarında yenidən narahatlıq keçirdiyindən qadının yaşadığı evə təcili yardım birqadası çağrılıb. Növbətçi həkim Zəminə Hacıyeva Yeniavaz.com saytına məlumat verərək bildirib ki, Şəhər sakini 1985-c il təvəllüdlü Xəyalə İsmayılova mədə sancısı, ishal, qusma əlamətləri ilə xəstəxanaya müraciyyət edib. 35 yaşlı qadına tibbi yardım göstərilib, vəziyyəti normallaşdıqdan sonra yaxınlarının istəyi ilə evə buraxılıb. Gecə saatlarında yenidən narahatlıq keçirdiyindən qadının yaşadığı evə təcili yardım birqadası çağrılıb.
Qeyd  edək ki, 35 yaşlı qadının dəqiq ölüm səbəbi aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma davam edir.

Esmira Hidayətova, Naftalan

***09:52
Naftalan sakini qidadan zəhərlənərək ölüb.

1985-ci il təvəllüdlü Naftalan şəhər sakini Xəyalə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, X. İsmayılova kolbasadan zəhərlənib.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top