Bəhram Bağırzadə: "Azərbaycan qızını ərəblərə təklif edirdi, dözmədim vurdum" - VİDEO


Əmədar artist Bəhram Bağırzadə Murad Arifin müəllifi olduğu verilişdə ərəblərin Bakının mərkəzində etdiyi hərəkətlərdən danışıb.

Yeniavaz.com xəbər verir ki, B.Bağırzadə bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib və ərəb kişilərinin Azərbaycan qadınlarına etdiyi əxlaqsız hərəkətlərə sərt şəkildə reaksiya verib. O, yerli camaatdan bəzi insanların bunu görməzdən gəldiyini deyib.
Əməkdar artist polislərdən də danışıb. Bildirib ki, polislər bu məsələyə göz yummamalıdırlar: "Polislərimiz göz yumub, baxmamlıdırlar. O film var - "Bir cənub şəhərində" "uçastkovi" gəlir baxır ki adam öldürüblər, deyir, "alə, Əlibala gəldi?". Deyir, "Çoxdan". Polislərimiz də həmin "uçastkovi"yə dönüblər".
B.Bağırzadə azərbaycanlı qadını ərəb turistlərinə təklif edən bir nəfəri isə bu vəziyyətə tab gətirməyərək döydüyünü bildirib.

DİGƏR XƏBƏRLƏR

Top