Rusiya XİN-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib


Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ATƏTin Minsk Qrupu həmsədrlərini - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa ) və Endryu Şoferi (ABŞ) qəbul edib. 

Rusiya XİN-dən verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib.

Məsləhətləşmələr  zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual problemləri, eləcə də Rusiya, ABŞ və Fransanın münaqişənin nizamlanmasında vasitəçilik səylərinin koordinasiyası müzakirə olunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top