Alimlər 3 min illik mumyanı yenidən danışdırdılar - VİDEO


Alimlər 3 min il əvvəl ölən misirli rahibin səsinə yenidən qulaq asıblar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Lids şəhər muzeyi, London Universiteti və York Universitetinin birgə həyata keçirdiyi araşdırma ilə misirli bir rahibin səsini xüsusi cihazlarla canlandırıldığı iddia edilib. Buna görə, mütəxəssislər uzun illər əvvəl yaşamış mumyanın boğaz ölçülərini xüsusi cihazla qeyd ediblər. Daha sonra misirli şəxsin səsinə bənzəyən səs əldə edilib. Bəhs edilən cihazlarla hələlik sadəcə "e" hərfi eşidilsə də gələcəkdə bu üsulla cümlələr qurmağın mümkün olacağı bildirilib. Bu üsulla gələcəkdə ölülərin səsinə yenidən qulaq asmağın mümkün olacağı deyilir.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top