Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb - RƏSMİ

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalı rədd edilib.

Yeniavaz.com xəbər verir ki,bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, 2019-cu ildə Komitəyə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılıb. 

Baxış zamanı kitablar arasında dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. 

Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648247 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.

DİGƏR XƏBƏRLƏR

Top