Ötən il 13,6 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb.
Bu barədə Vestikavkaza.ru xəbər yayıb.
Ümumilikdə, 498 min nəfərin Rusiya vətəndaşlığı aldığı bildirilir.
Bu rəqəm 2018-ci illə müqayisədə, 80 faiz çoxdur. Onların çoxunun (300 min nəfər) Ukrayna vətəndaşı olduğu bildirlir.
İkinci yerdə Qazaxıstan (50,500 nəfər), üçüncü yerdə isə Tacikistan (44,700 nəfər) dayanır.(oxu.az)