Uşaq evində körpələrin bir-birinə iplə bağlanması ilə bağlı direktordan AÇIQLAMA


Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Gəncə şəhəri 20 yanvar küçəsi 61  ünvanında yerləşən kimsəsiz uşaqlar evində uşaqların iplə bir-birinə bağlanması ilə bağlı video görüntülər yayılmışdı.
Məsələ ilə bağlı kimsəsiz uşaq evinin direktoru Lətifə Kərimova ilə əlaqə saxladıq. O, Yeniavaz.com-a açıqlamasında sözügedən görüntünün ötən ilə aid olduğunu bildirdi: “Həmin uşaqlar iplə bir-birinə bağlanmayıb. Sadəcə ayrı-ayrılıqda iplə bağlanıb ki, gecə yatanda uşaqların şalvarları belindən düşməsin. Yayılan video keçən ilin videosudur. Dekabr ayından artıq orada bütün hər şey dəyişdirilib. Yeni yataqlar və çarpayılar gətirilib. Uşaq evinin hal-hazırda təmirdən başqa heç nəyə ehtiyacı yoxdur.
Qeyd edək ki, sözügedən videonu tanınmış məşqçi Kamil Zeynallı “İnstagram” hesabında paylaşmışdı.


İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top