Mingəçevirdə TOPs proqramına əsaslanan açıq dərs keçirilib - FOTO


"TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin 6-cı mövsümündə Mingəçevir şəhərində fiziki tərbiyə fənnindən “Açıq dərs”lər keçirilib.  
TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.
Ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək məqsədilə TOPs proqramı üzrə təlimlər həyata keçirilib.  Bu metodologiya dərslərin şən, təhlükəsiz və hamı üçün əlçatan formada keçirməklə şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaradır.
Təlimlərdə iştirak edən müəllimlər fiziki tərbiyə üzrə müasir təlim üsullarını özündə birləşdirən TOPs metodologiyası ilə açıq dərslər və idman festivalları keçirirlər.
 Mingəçevir şəhərində “Açıq dərs”lər Texniki Humanitar Lisey (müəllimlər- Elburus İsmayılov və Xəqani Mikayılov) və 10 № li (müəllimlər- Atəş Məmmədov və Qalina Kurdyukova) məktəbdə keçirilmişdir. Dərslər Əyilgənlik və Çeviklik tədris vahidlərinin mövzuları əsasında 6 və 9-cu siniflərdə keçirilmişdir. Müasir təlim üsullarının tətbiq edilməs ilə keçirilən dərslərdə şagirdlər komandalara bölünərək müxtəlif idman fəaliyyətlərini yarışma və rəqabət formasında  bacarıqlar nümayiş etdirərək fiziki və liderlik qabiliyyətlərinin artırılmasına çalışmışlar.
Açıq dərsdə iştirak edən layihə rəhbəri Vəli Musayev bildirib ki, Mingəçevirdə təşkil olunan “Açıq dərs”  ənənəvi keçirələn dərslərdən fərqləndiyini bildirib:
“Mingəçevir müəllimlərinin qısa müddət öncə TOPs təlimlərində yeni metodologiyaya yiyələnməsinə baxmayaraq, onlar bu proqramı çox yaxşı mənimsəyərək dərslərdə uğurla tətbiq edirlər. Bunu uşaqların  dərsdə fəallığından və üzlərindəki sevincdən görmək mümkündür. Müəllimlər müasir metodlardan istifadə edərək dərsədə fənlərarası inteqrasiyanı olduqca ustalıqla tətbiq edə bildilər. Bu da şagirlərdə fiziki tərbiyə dərsinə olan marağın daha da artmasına imkan yaradan ən başlıca səbəblərdəndir ”.
2019-2020 tədris ilində TOPs proqramının ölkənin bütün ərazisində tətbiq olunması qərara alınmışdır. Bunun üçün təlimlərin keçirilməsi prosesi bölgələr üzrə davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.
 
Esmira Hidayayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top