Ankarada ard-arda 3 güclü zəlzələ baş verdi - VİDEO


Türkiyənin paytaxtı Ankarada səhər saatlarında ard-arda 3 zəlzələ baş verib. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhər 06:42-də Ankarada 3.9 bal gücündə zəlzələ baş verib. Bundan bir neçə dəqiqə sonra, 06:54-də isə 4,5 bal gücündə zəlzələ olub. Saat 7:08-də isə daha bir 3,2 bal gücündə daha bir sarsıntı hiss edilib. Verilən məlumatlara görə, zəlzələnin mərkəzi yerin 6 kilometr dərinliyində olub. Ankara valisi Vasip Şahin açıqlama verərək ölən və yaralananın, həmçinin, hər hansı dağıntının da olmadığını bildirib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 22:22-də Türkiyənin Akhisar rayonunda 5,6 bal gücündə, 22:25-də 4,4 bal gücündə, 22:48-də Kırkağaç rayonunda 4,1 bal gücündə zəlzələ baş vermişdi.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top