Azərbaycanda şadlıq sarayında fəhlə öldü - Sahibkar həbs edildi


Xaçmazda şadlıq sarayında fəhlənin ölümü ilə bağlı sahibkar həbs olunub.

Rayonda yerləşən "Aygün" restoranında Rəşid Məmmədovun hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı istintaq zamanı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İş üzrə "Aygün" şadlıq sarayını icarə əsasında işlədən sahibkar, Quba rayon sakini Bəxtiyar Əmrahov obyektin təhülkəsizlik qaydalarına riayət etmədiyindən onun barəsində cinayət işi açılıb və barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. (APA)

DİGƏR XƏBƏRLƏR

Top