Minik avtomobili yük maşını ilə toqquşdu, yaralanan var - FOTOLAR


Goranboyda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Nazikkənd kəndində baş verib.

Belə ki, 50-BB-121 dövlət qeydiyyat nişanlı "Vaz 21-06" markalı minik avtomobili hərəkətdə olarkən qarşısında hərəkətdə olan 10-ZA-263 dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Həsənov Nazim Məhəmməd oğlu ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Həkimlər N.Məmmədovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.



 /Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top