Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüsü - VİDEO


Kürdəmir rayonunun Şilyan kəndində “Ford” markalı mikroavtobus və “Belarus” markalı traktor toqquşub.

Qəza barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top