Dünyada yayılmağa başlayan ölümcül KORONAVİRUS NƏDİR?


2019-cu ilin dekabr ayından etibarən ortaya çıxan koronavirus səbəbilə ölənlərin sayı artmaqdadır.

Son məlumatlara görə, 2 mindən çox adam bu virusa yoluxub. Təhlükəli virusa ABŞ-da rast gəlindiyi bildirilib.
Bu səbəblə bütün dünyada o cümlədən Azərbaycanda da xəstəliyə qarşı təhlükəsizlik tədbirləri görülməyə başlanılıb və başqa ölkədən gələn şəxslər ciddi yoxlamadan keçirilir.
Bəs, ölümə səbəb olan koronavirus nədir?
Yeniavaz.com xarici KİV-ə istinadla verir ki, koronavirusa insan bir anda yoluxa bilir.
Virusun ilkin göstəriciləri nəfəs yollarında ortaya çıxan problemlərdir. Alfa, Betta və Qamma adı verilən 3 forması mövcuddur.
İnsan koronaviruslarına ilk dəfə 1960-cı illərdə rast gəlinib.
Bu vaxta qədər Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Çin və sair ölkələrdə yayılıb.
Virusun əlamətləri içərisində burun axması, öskürək, boğaz ağrısı, qızdırma və sair var.
Bu xəstəlik daha çox pnevmaniyaya bənzərliyi ilə diqqət çəkir.
Ürək, ağciyər xəstəlikləri, zəif immunitet sistemi olan adamlar bu virusa daha tez yoluxur.
Xəstəliyə yoluxduqdan sonra mübarizədə ilk 15 gün olduqca vacibdir.
Çünki, virus bu vaxt ərzində bütün bədənə yayılmağa çalışır. İmmunitet sistemi güclü olan insanlar bəhs edilən xəstəlikdən daha tez qurtula bilir.
 ABŞ-da tibb sahəsi üzrə mütəxəssis, professor Viliam Şafner koronavirusdan qorunma yollarını açıqlayıb. Həkim bildirib ki, yoluxmamaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

-Asqıran və öskürən insanlardan uzaq durmaq
- Ağız maskası ilə gəzin
- Xəstəliyin yayıldığı yerlər və heyvanlarla təmasdan uzaq olmaq
- Gigiyenik qaydalara əməl etmək
- Xəstəlikdən şübhələndiyiniz anda həkimə müraciət etmək

Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top