Sumqayıtda ağır qəza: ölən və yaralılar var - FOTO


Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin giriş hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu Sülh prospektində yolu keçən gənci vurub. Daha sonra idarəetməni itirən avtobus işıq dirəyinə çırpılıb. 
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Avtobusda olan dörd sərnişin isə ağır bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top