Azərbaycan bu yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR-“LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top