Əlin içi ilə ödəniş etmək mümkün olacaq


“Amazon” şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.
Yeniavaz.com “ictnews”a istinadən xəbər verir ki, sözügedən şirkət əlin içi ilə ödəniş etməyə imkan verəcək ödəniş terminalları hazırlamağı planlaşdırır.
“Amazon” yeni terminalları kafe, sürətli qidalanma restoranları və ticarət nöqtələrində quraşdırmağı planlaşdırır.
Terminallardan ilk dəfə istifadə edərkən insanlar əlin içini skanerdən keçirəcək və biometrik məlumatları öz bank hesablarına birləşdirəcəklər.
Bundan sonra onlar artıq bir toxunuş etməklə alış-verişin haqqını ödəyə bilərlər.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top