Bakıda məşhur restoranın parkinqində müştərini döyüb, "BMW"-sini əlindən aldılar

Bakıda məşhur restoranın parkinqində insident olub.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən “Cratos” restoranının yeraltı dayanacağında qeydə alınıb.

Məlumata görə, Y.Xəlilov adlı şəxs həmin restoranin parkinqində olan zaman borclu olduğu Rüfət adlı şəxs və yanındakı bir nəfər ona zor tətbiq edərək BMW markalı avtomobili əlindən alaraq qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top