Bakıda “Toyota” eyni anda 4 avtomobilə çırpıldı - ANBAAN VİDEO


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.
Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.
Qəza ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top