MSK tanınmış baş redaktorla bağlı qərarını elan edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 45 saylı Abşeron seçki dairəsindən namizədliyini irəli sürmüş Zahir Əzəmətin müraciətinə baxılıb.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Ramiz İbrahimov məlumat verib.
Onun sözlərinə görə, Z.Əzəmətin təqdim etdiyi sənədlərdə əmlakla bağlı məsələlər düzgün qeyd edilməyib.
Sonda məsələ səsverməyə çıxarılaraq Z.Əzəmətin namizədliyi qeydə alınmayıb və DSK-nın qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z. Əzəmət tanınmış jurnalist və Qaynarinfo.az saytının baş redaktorudur.

DİGƏR XƏBƏRLƏR

Top