NASA-dan Avstraliya ilə bağlı QORXUNC AÇIQLAMA: "Duman bütün dünyanı..."


"Avstraliyadakı yanğınlar səbəbi ilə yaranan duman ən azı bir dəfə dünyanın ətrafında dövr edəcək".
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.  
“Avstraliyada alovlar çox böyük olduğu üçün inanılmaz böyüklükdə çovğunlara səbəb oldu. Həmin çovğun, dumanın stratosfer təbəqəsinə qədər gəlib çatdı. Bəzi bölgələrdə dumanların 17,7 km məsafəyə qədər yuxarı çıxdığı müşahidə olundu. Duman stratosfer təbəqəsinə çatdıqda mənbəyindən minlərlə kilometr uzaqlığa yayılır və bu da qlobal atmosfer şəraitinə ciddi təsir edir” – deyə, NASA qeyd edib.
Bildirilir ki, duman təbəqəsi yeni ilin ilk günündə Cənubi Amerikanı keçib və 8 yanvar tarixində dünyadakı səyahətinin yarısını tamamlayıb.
Qeyd edək ki, ötən ilin sentyabr ayından başlayan yanğınlar son günlər daha da güclənib. Bununla bağlı Avstraliyada 3-cü fövqəladə vəziyyət elan olunub. Vətəndaşlar yanğınların qarşısının alınması üçün səfərbər edilib. 40-dan çox xilasedici həlak olub, 500 milyondan çox heyvan yanaraq tələf olub, bir qrup heyvanın nəsli kəsilib, 4 milyon hektardan çox meşə sahəsi yanıb. Meşə yanğınları hələ də davam etməkdədir.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top