Sabah qar yağacaq - ÖNCƏGÖRMƏ


Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, arabir güclənən şimal-qərb  küləyi əsəcək.
Havanın temperaturu  gecə 2-5° isti, gündüz 6-8° isti, Bakıda  gecə 3-5° isti, gündüz  6-8° isti olacaq.
Atmosfer  təzyiqi  normadan yüksək 762 mm  civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq.   
Yanvarın 13-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz  6-11°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək  isti olacaq

DİGƏR XƏBƏRLƏR

Top