Ən çox və ən az deputatlığa namizəd olan seçki DAİRƏLƏRİ


Azərbaycanda 2020-ci il fevral ayının 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu günə qədər dairə seçki komissiyaları üzrə qeydə alınan namizədlərin siyahısı açıqlanıb.
Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, MSK-nın açıqladığı siyahıya əsasən bildirir ki, parlament seçkilərində 2428 nəfər namizədliyini irəli sürüb.
Parlament seçkilərində iştirak etmək istəyən şəxslərdən 443 nəfəri sonradan namizədliyini şəxsi istəyi ilə geri götürüb.
Ən aktiv 15 saylı Yasamal birinci seçki dairəsi hesab olunur. Bu dairədən 45 nəfər namizədliyini irəli sürüb. Cəmi 3 nəfər Dairə Seçki Komissiyası tərəfindən imtina cavabı alıb.  10 nəfər isə şəxsi istəyi ilə namizədlikdən imtina edib. Hələlik dairə üzrə 6 nəfər qeydə alınmış namizəd var.  
Bu dairə üzrə namizədliyini irəli sürən Müsavat Partiyasının sədri Arif Hacılının, Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlunun və “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin namizədlikləri hələlik  qeydə alınmayıb.
İkinci ən aktiv dairə isə 8 saylı Binəqədi birinci seçki dairəsidir. Bu dairədən 40 nəfər parlamet seçkilərində iştirak üçün müraciət edib. 8 saylı dairədən isə cəmi 8 nəfərin namizədliyi qeydə alınıb.
Parlament seçkilərinə ən az maraq olan isə 1 saylı Şərur-Sədərək seçki dairəsi və 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairələridir. Bu dairələrin hər birindən cəmi 3 nəfər parlament seçkilərində iştirak üçün müraciət edib. Onların hər biri qeydə alınıb. 
1 saylı Şərur-Sədərək seçki dairəsindən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən isə Azərbaycan Həmkərlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev əsas namizədlərdir. Hər iki şəxs beşinci çağırış Milli Məclisin deputatlarıdır.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top