Vaxtında geri qaytarılmayan kreditlərin həcmi AÇIQLANDI


Ötən ayın əvvəlinə olan məlumata  Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 15 milyard 116,4 milyon manat kredit verilib. 
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, son bir ay ərzində verilən kreditlərin həcmi 4,6% və ya 670,6 milyon manat artıb. Verilən kreditlərin həcmi ilə birgə  problemli kreditlərin, yəni vaxtında geri qaytarılmayan kreditlərin həcmi də artıb. Belə ki, son bir ay ərzində problemli kreditlərin həcmi 25,5 milyon manat və ya 1,8% artaraq 1 milyard 410,4 milyon manata yüksəlib.
Vaxtında geri qaytarılmayan kreditlərin 748,4 milyon manatı milli valyutada, 662,1 milyon manatı isə xarici valyutada olub.
Qeyd edək ki, dekabr ayının əvvəlinə vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 9,3% paya malik olub.

DİGƏR XƏBƏRLƏR

Top