İrandakı təyyarə qəzasında ölənlərlə bağlı daha bir DƏHŞƏTLİ FAKT

İranın paytaxtında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsində ölənlərin kimliyini müəyyənləşdirmək mümkün olmayacaq. Buna səbəb təyyarənin göyərtəsində baş verən yanğındır.

REN TV-nin məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əməliyyatlar direktoru Mənsurə Baqeri bəyan edib.

“Qəzadan əvvəl göyərtədə böyük yanğın olub”, - deyə Baqeri vurğulayıb.

Xatırladaq ki, Ukraynaya məxsus təyyarə yanvarın 8-də Tehran aeroportunun yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, göyərtədə 167 sərnişin və doqquz heyət üzvü olub.

Qurbanlar arasında İran, Kanada, Almaniya, İsveç, Əfqanıstan və Ukraynadan vətəndaşlar olub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top