Hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq - Sahil Babayev


DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Nazirliyin müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq: “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, ölkəmizdə ilk dəfə olaraq əhalinin sosial reyestri kimi,  “e-sosial” portalı istifadəyə verilib. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar çıxış və yaranmış hüquqları müqabilində məşğulluq xidmətlərindən,  sosial təminat növlərindən və s. çevik rejimdə yararlanmaq, eyni zamanda yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə daimi nəzarət etmək imkanı qazandırıb”.

S.Babayev bu günədək artıq portalın aktiv istifadəçi sayının 150 minə çatdığını, portala baxış sayının isə 1 milyon 500 mini ötdüyünü də diqqətə çatdırıb: “Ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək”.

Nazir son olaraq DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulduğunu qeyd edib: “Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək”.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top