Təbrizə gedən avtobus aşıb, 10 nəfər ölüb - Hadisə yerindən FOTOLAR - YENİLƏNİB


Xəbərə fotolar əlavə olunub:



***        12:55
Bu gün İranda ağır qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA Tehran bürosuna istinadla məlumat yayıb. Bildirilir ki, səhər saat 05:50 radələrində İsfahan-Təbrizə marşrutu ilə hərəkət edən sərnişin avtobusu Zəncan -Təbriz magistral yolunda aşıb. 
Hadisə nəticəsində 10 nəfər  həyatını itirib, 11 nəfər xəsarət alıb.
Avtobusun aşmasına səbəb sürücünün sürət həddini gözləməməsi və ötmə əməliyyatını düzgün həyata keçirməməsi olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top