Prezidentə həbs olunan icra başçısı ilə bağlı sual verən aparıcı danışdı - VİDEO


"Cənab prezident mənim bu mövzu ilə bağlı sualıma çox dolğun və ətraflı cavab verdi. Bir daha bu tip məmurlara xəbərdarlıq etdi ki, bu hamıya ibrət və dərs olmalıdır".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi “3D” verilişinin qonağı olan İctimai Televiziya və Radio Yayımları şirkətinin əməkdaşı Nigar Sabirqızı bildirib. 
O, bildirdi ki, dövlət başçısının hər bir suala cavabında mesajlar var idi:
"Görüş çox səmimi təəssürat bağışladı. Təbii ki, biz cənab prezident İlham Əliyev və Mehriban xanımın səmimiliyi və sadəliyinə alışmışıq, onların əhali arasında olmaqlarına, görüşlərinə və sadəliklərinə şahid olmuşuq. Lakin insanın şəxsən o sadəlik və səmimiliyə şahid olması başqa duyğudur. Mən həmin görüşdən çox böyük təəssüratla ayrıldım. Cənab prezidentə də bir daha media adından təşəkkürümüzü bildiririk ki, bizə bu cür vaxt ayırdı və dəyərli fikirlərini bizimlə bölüşdü.
Əslində mən deyərdim ki, dövlət başçısının hər bir suala cavabında mesajlar var idi. İstər xarici siyasətlə bağlı, istər Avropa İttifaqı ilə sazişin bağlanmamasının səbəbləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər önəmli idi. İslahatlarla bağlı fikirləri önəmli idi. Bilirsiniz ki, 2019-cu il islahatlar ilidir. Bu il həm sosial, həm də iqtisadi sahədə kadr islahatları ilə yadda qalır. Xüsusilə son günlərin ən çox müzakirə olunan mövzularından həbs olunan məmurlarla bağlı idi. Cənab Prezident mənim bu mövzu ilə bağlı sualıma çox dolğun və ətraflı cavab verdi. Bir daha bu tip məmurlara xəbərdarlıq etdi ki, bu hamıya ibrət və dərs olmalıdır. Bundan sonra da bu cür məmurlara qarşı mübarizə davam edəcək".

DİGƏR XƏBƏRLƏR

Top