Goranboyda fermeri aldadıb 22 baş mal-qarasını apardılar


2 ay öncə 3 nəfər Goranboyda yaşayan Kəlbəcər sakini Mirəziz Yusifovun fermasına gələrək 22 baş iri buynuzlu heyvanı pul ödəmədən alıb aparıblar.
Yeniavaz.com xəbər verir ki, həmin 3 nəfər heyvan sahibinə 26 min manat pul verəcəklərinə söz versələrdə vədlərinə əməl etməyiblər. Həmin şəxslərin telefonlarının söndüyünü görən Kəlbəcər sakini, mal-qaranın Gəncə mal bazarında satıla biləcəyini düşünərək həmin məkana gedib. Sakin bazarda heyvanlardan yalnız 5-ni tapa bilib.
DİN-in Məbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy rayon Xanqərvənd kənd sakini  Elmir Sadıqov 4 nəfərin etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edib. Faktla bağlı cinayət işi başlanılıb. E.Sadıqov istintaqdan yayındığı üçün barəsində Goranboy rayon Polis şöbəsi tərəfindən axtarış elan edilib. Onun yerinin müəyyən  edilərək istintaqa təhvil  verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdilir.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top