Ərdoğan "erməni soyqırımı"nı tanıyan ABŞ-a qarşı sərt addım atdı


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-ın "erməni soyqırımı"nı tanımasına qarşılıq veriləcəyini bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan ABŞ-ın Türkiyə əleyhinə atdığı addıma qarşılıq olaraq İncirlik hərbi hava bazasını bağlaya biləcəklərini bildirib: "Yeri gəldiyində bütün heyətimizlə birgə oturub İncirlik hərbi hava bazasının bağlanacağını müzakirə edə bilərik. ABŞ belə işlər görürsə biz də əliboş dayanmayacağıq".
Qeyd edək ki, Ərdoğanın bu sözləri dünya mətbuatında gündəm olub. Çünki, İncirlik hərbi hava bazasında ABŞ-ın nüvə başlıqları yerləşir. Mütəxəssislər həmin hərbi bazanın bağlanmasının ölkələr arasında ciddi narahatlıqlara səbəb ola biləcəyi bildirilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top