Azərbaycanda məmur özünü asdı - RƏSMİ - FOTO


Bakıda 44 yaşlı kişi intihar edib.

Nərimanov rayon Prokurorluğundan verilən məlumatına görə, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yaşadığı evdə özünü asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirə salınmaz istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
Xatırladaq ki, E.Əlizadə Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 
Qeyd edək ki, E.Əlizadənin intihar etməsi ilə bağlı ilk xəbəri "unikal.org" saytı yayıb. 

DİGƏR XƏBƏRLƏR

Top